“Çaykənd-2” kiçik su elektrik stansiyasının tikintisi üçün tender elan edilib

image

“Azərenerji” ASC “Çaykənd-2” kiçik su elektrik stansiyasının (KSES) tikintisi üçün tender elan edib.

Renewables.az-ın məlumatına görə, bu barədə şirkət dövlət satınalmaları portalında məlumat yerləşdirib.

Bildirilib ki, “Azərenerji” “Çaykənd-2” KSES-in tikintisi üçün podratçı şirkət seçir.

Tenderdə iştiraka görə dövlət rüsumu 2 min 765,18 manatdır. Bundan başqa, tenderdə iştirak etmək istəyən şirkətlər tender komissiyasına təqdim etmək üçün tələb olunan sənədlərin siyahısı ilə tanış olmaq üçün 25 manat ödəməlidirlər. Elanda qeyd edilib ki, tender üzrə işlərin smeta dəyəri 18 milyon 434 min 525 manatdır.

İddiaçılardan tender təklifləri 16 iyul saat 09:00-dək qəbul ediləcək. Tender proseduru elə həmin gün baş tutacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *