Çili enerji saxlanc sistemi olan 105,6 MVt gücündə külək elektrik stansiyası tikir

image

"Enel Green Power"in törəmə şirkəti ("Enel Green Power Chile") Çilidə 105,6 MVt gücündə "La Cabana" külək elektrik stansiyasının tikintisinə başlayıb.

"Renewables.az" "Renewables Now" portalına istinadən xəbər verir ki, stansiya Araukaniya bölgəsində yerləşəcək.

Külək stansiyası 34,3 MVt-lıq enerji saxlanc sistemi ilə təchiz olunacaq. Stansiyada hər birinin gücü 4,8 MVt olan 22 külək turbini quraşdırılacaq. "La Cabana" KES-in layihə dəyəri 190 milyon ABŞ dollarıdır.

Külək elektrik stansiyası ildə 300 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *