Çinin günəş enerjisinin qoyuluş gücü 29,4 % artaraq 372 QVt-a çatıb.
"Renewables.az" xəbər verir ki, bu barədə ölkənin Milli Enerji İdarəsi məlumat dərc edib.
Məlumata görə, 2022-ci ilin 11 ayında günəş enerjisinin qoyuluş gücü 65,71 QVt artıb ki, bu da rekord göstərici hesab olunur. İlin sonunda bu gücün 80 QVt-dan çox olacağı ehtimal olunur.
Təkcə bu ilin oktyabr-noyabr aylarında 13,11 QVt gücündə günəş elektrik stansiyaları istifadəyə verilib.
Rəylər (0):