Çin 2021-ci ildə külək enerjisinin qoyuluş gücünə görə rekord qırıb.
“Berpaolunanenerji.az”ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Çin Milli Enerji Administrasiyası (NEA) açıqlama yayıb.
Bildirilir ki, ötən il 16 min 900 MVt dənizdə, 30 min 670 MVt quruda olmaqla ümumilikdə 47 min 570 MVt yeni külək enerjisi gücü quraşdırılıb.
Təkcə dənizdə quraşdırılan külək enerjisi gücü, dünya miqyasında dənizdə quraşdırılan külək enerjisi gücünün təxminən yarısına çatır. Qlobal Külək Enerjisi Konsulluğunun (GWEC) hesabatına görə, 2020-ci ildə dənizdə quraşdırılan külək enerjisi gücü 35,3 QVt olub.
Qeyd edək ki, ötən il Çində 52,900 MVt yeni günəş enerjisi gücü quraşdırılıb ki, bununla yeni külək və günəş enerjisi gücləri 100 min MVt-ı keçib. 2020-ci ildə isə bu göstərici 120 min MVt olub.
Rəylər (0):