Çin Qazaxıstanda enerji saxlanc sisteminin tətbiqi üzrə pilot layihə həyata keçirəcək

image

Pekində Qazaxıstanın vahid elektrik enerjisi sisteminə elektrik enerjisi saxlanc sisteminin tətbiqi üzrə pilot layihənin həyata keçirilməsinə dair saziş imzalanıb.

Renewables.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə KEGOC şirkətinin mətbuat xidməti məlumat yayıb.

Müqavilə KEGOC, “China Power International Development Limited”, “China Power International Holding Limited” və Qazaxıstanın Bərpa Olunan Enerji Assosiasiyası arasında imzalanıb.

“Pilot layihənin məqsədi bərpa olunan elektrik enerjisi mənbələrinin Qazaxıstanın vahid elektrik enerjisi sisteminə inteqrasiyası zamanı elektrik enerjisi saxlanc sistemlərinin enerji sisteminin tənzimlənməsinə təsirini öyrənməkdir”, - məlumatda qeyd olunub.

Şirkətin məlumatında bildirilib ki, “China Power International Development Limited” KEGOC şirkətinin yarımstansiyasında gücü 5 MVt-a qədər olan elektrik enerjisi saxlanc sistemi quraşdıracaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *