Çin şirkətləri ilə batareya enerji saxlanc texnologiyaları istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev Çinin “Powerchina Huadong Engineering Corporation” şirkətinin Avrasiya regionu üzrə direktoru Zhu Bo, “China Southern Power Grid” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə baş meneceri Moses Jiang və digər nümayəndələr ilə görüşüb.

Renewables.az bu barədə BOEMDA-ya istinadən xəbər verir.

Görüşdə Azərbaycanın bərpa olunan enerji layihələri üzrə məlumat verilib, Çin şirkətlərinin bu layihələrdə iştirakından danışılıb. Şirkətlərlə akkumlyator batareyalı və hidro tipli enerji saxlanc texnologiyaları istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib və digər mövzularda müzakirələr aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *