Çin şirkətləri Kəlbəcərdə su elektrik stansiyalarının tikintisinə maraq göstərir

image

Azərbaycanın işğaldan azad edilən ərazilərində enerji layihələrinin icrası ilə bağlı xarici investorlar tərəfindən maraq göstərilir.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (Azpromo) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, söhbət bir neçə Çin şirkətindən gedir ki, onlar Kəlbəcərdə su elektrik stansiyalarının tikintisi layihələrinin icrasına cəlb olunmaq niyyətindədir: "Düşünürük ki, bu istiqamətdə bu ilin sonunda və ya növbəti ilin əvvəlində sözügedən layihələrin gedişatı ilə bağlı daha geniş məlumatlar təqdim edə biləcəyik".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *