Çində 16 qiqavat qoyuluş gücünə sahib "Bayhetan SES"i elektrik enerjisi istehsalına hazırlanır.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə "ChinaDaily" məlumat verib. Məlumata görə, su elektrik stansiyası bu ilin iyul ayında istifadəyə veriləcək və elektrik istehsalına başlayacaq.
Çində "Jinsha River Chuanyun Hydropower Development Company" tərəfindən inşa edilən su elektrik stansiyası ildə 60.2 milyard kilovat-saat (60.2 teravat-saat) elektrik enerjisi istehsal edəcək. SES Çinin 22,5 qiqavat gücə malik "Üç Dərə" SES-indən sonra dünyanın ən güclü ikinci SES-idir.
Bayhetan SES-i ölkənin cənub-qərbindəki Siçuan və Yunnan vilayətlərində, Yanszı çayının üst hissəsində olan Tszinşa çayı üzərində inşa edilib.
Rəylər (0):