Ümumi gücü 44 MVt olan 4 su elektrik stansiyasında avadanlıqların quraşdırılması və sazlama işləri icra edilir.
Renewables.az-ın məlumatına görə, bu barədə Laçında kiçik su elektrik stansiyalarının açılışlarında “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verərkən bildirib.
Bildirilib ki, bütün region üzrə dayanıqlı elektrik təchizatı sxemi yaradılıb və COP29 tədbirinin keçiriləcəyi, “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş 2024-cü ilin birinci yarısında ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyası istismara veriləcək.
Bu stansiyalarda il ərzində 600 milyon kilovat-saatdan çox yaşıl enerji istehsal ediləcək. Bu da 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazının (CO2) həcminin isə 330 min tondan çox azalması deməkdir.
Rəylər (0):