Culfa rayonunda 0,3 meqavat gücündə Külək Elektrik Stansiyasının tikintisi davam etdirilir.
Bu barədə "Berpaolunanenerji.az" Naxçıvan MR Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilir ki, bu ilin yanvar-iyun aylarında Muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması istiqamətində Şərur rayonunda 3 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikintisi başa çatdırılmış, Ordubad rayonunda Ordubad və Tivi su elektrik stansiyalarının tikintisi davam etdirilir.
Enerji sistemini daha da müasirləşdirmək məqsədilə Culfa rayonunda 132/110/35/10 kilovoltluq və Ordubad rayonunun Xanağa kəndində 35/10 kilovoltluq elektrik yarımstansiyalarının tikintisi davam etdirilir.
Muxtar respublikada 21,3 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, 8 transformator yarımstansiyası quraşdırılmışdır.
Rəylər (0):