Azərbaycanda damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələblər müəyyən ediləcək.
"Berpaolunanenerji.az"ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Azərişıq” ASC ilə birlikdə 2022-2023-cü illərdə damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələblər müəyyən edilməsi üzrə təhlillərin aparılmasını, tələblərin müəyyən edilməsini, tələblərin razılaşdırılması və təsdiq edilməsini təmin etməlidir.
Rəylər (0):