Elnur Soltanov: COP29-un əsas mövzusu iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə məsələsi olacaq

image

"COP29-un gündəliyində olan əsas mövzu iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə məsələsi olacaq".

Renewables.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu COP29 Azerbaijan-ın baş icraçı direktoru, Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov deyib.

O bildirib ki, Azərbaycan COP29- a səylə hazırlaşır:"Daxildə də müzakirlər gedir və biz gələcək həftələrdə öz təşəbbüslərimzi təqdim edəcəyik".

Nazir müavini karbon emissiyasının azaldılması, qlobal bərpaolunan enerji və enerji səmərəliliyi məsələrinin Azərbaycan tərəfindən təşviq olunacağını əlavə edib.

"Yaşıl enerji dəhlizləri ilə bağlı təkliflər də müzakirə olunacaq. Azərbaycan bu məsələdə çox ambisiyalıdır. Biz artıq bu istiqamətdə işləyirik"- nazir müavini Qara Dəniz sualtı enerji xətti təşəbbüsü barədə qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *