Cəbrayılda 240 MVt gücündə "Şəfəq” adlı günəş elektrik stansiyasının tikintisi layihəsinin texniki və kommersiya parametrləri demək olar razılaşdırılıb.
Renewables.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov bildirib.
Onun sözlərinə görə, Energetika Nazirliyi ilə BP şirkəti arasında qeyd olunan layihənin maliyyə tərəfləri razılaşdırılıb: "Bu layihəni çox da yaxşı şərtlər ilə həll eləmişik. Yalnız texniki məsələlər qalıb".
E. Soltanov onu da qeyd edib ki, gələcəkdə günəş elektrik stansiyasında istehsal olunan enerjisi Səngəçal terminalını təmin edəcək və bu kontekstdə BP və konsorsiumu arasında hazırda müəyyən prosedurlar razılaşdırılır.
"BP operator olsa da, konsorsiumu üzvləri də var. Onlar arasında prinsipcə razılıq var. Onların öz aralarında müəyyən proseslər, prosedurlar var", - nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, Cəbrayılda günəş elektrik stansiyasının tikintisi təqribən iki il tələb edə bilər.
Rəylər (0):