Ember: “Yaşıl toparlanma”nı təmin edə bilən ölkə olmayıb – HESABAT

image

“Ember” tərəfindən hazırlanan “Qlobal Elektrik İcmalı” (Global Electric Review) hesabatda, qlobal elektrik tələbatının 87 faizini cəmləyən 63 ölkənin məlumatları analiz edilib.

“Berpaolunanenerji.az” bu barədə “Ember”in hesabatına istinadən xəbər verir.

Hesabata görə, elektrik enerjisindən qaynaqlanan, ətraf mühitə zərərli emissiyalar bu ilin ilk yarısında 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb.

Sənəddə bildirilir ki, qlobal elektrik tələbatı 5 faiz artıb və artımın 43 faizi kömürlı işləyən stansiyaların, 57 faizi isə bərpaolunan mənbələrin payına düşüb.

Cari ilin yanvar-iyun aylarında, qlobal elektrik tələbatının 10 faizini ilk dəfə külək və günəş enerjisi qarşılayaraq nüvə enerjisini geridə qoyub.

Bir çox ölkələrin post-pandemiya dövründə yaşıl iqtisadi toparlanma və yaşıl iqtisadiyyatın normal vəziyyətə gəlməsi ilə bağlı söz verməsinə baxmayaraq, elektrik enerjisi tələbi artarkən, karbon emissiyalarında azalma təmin edilməyib.

Hesabata görə, elektrik sektorunda, həqiqi mənada “yaşıl toparlanma”nı təmin edə bilən ölkə olmayıb.

“Ember”in qlobal direktoru Deyv Cons hesabatla bağlı açıqlamasında, pandemiyadan sonra toparlanmanın pis bir formada getdiyini açıqlayıb: “2021-ci ildə emissiyalar, dünya miqyasında həyəcan təbilinin çalınmasının vacibliyini işarə edir, qlobal istiləşmənin 1,5 dərəcədə saxlanması üçün böyük önəm daşıyır. Emissiyalar səhv istiqamətdə irəliləyir”.

Şirkətin analitiki Muyi Yanq isə inkişaf etməkdə olan Asiya qitəsinin təmiz və bərpaolunan enerjiyə keçid edə biləcəyini bildirib: “Bölgə 2050-ci ilə qədər 100 faiz təmiz enerjidən istifadə hədəfinə istiqamətlənməlidir”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *