"Geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi" üzrə İşçi qrupun ilk iclası keçirilib

image

Dekabrın 21-də Energetika Nazirliyinin müvafiq əmri ilə yaradılmış “Geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi” üzrə İşçi qrupun videokonfrans formatında ilk iclası keçirilib.

"Renewables.az" Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə (AREA) istinadən xəbər verir ki, AREA-nın direktor müavini Kamran Hüseynovun rəhbərliyi ilə keçirilən iclasda geotermal enerjidən istifadədə beynəlxalq təcrübə, ölkəmizdə bu enerjinin potensialı barədə məlumat verilib.

AREA-nın Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova dövlət proqramlarında geotermal enerjinin icrası ilə bağlı tədbirlər planı barədə məlumat verib. Daha sonra İşçi qrupu üzvlərinin çıxışları dinlənilib, qarşılıqlı müzakirələr aparılıb.

İclasda Energetika və İqtisadiyyat nazirlikləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu, Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi, “Azərişıq” ASC, Bakı Ali Neft Məktəbi, Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri iştirak ediblər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *