Günəş enerjisində lider 20 ölkənin qoyuluş gücü 2 min qiqavatı keçəcək - HESABAT

image

İqlim dəyişikliyi və qlobal istiləşmə ilə mübarizə aparan ölkələr günəş enerjisi sərmayələrinə üstünlük verib.

"Renewables.az" xəbər verir ki, bu barədə "Solar Power Europe" tərəfindən hazırlanan və 2022-2026-cı illəri əhatə edən "Solar Energy Global Market Outlook" hesabatında bildirilir.

Hesabata görə, COVID-19 epidemiyasından sonra iqtisadi tənəzzül və onu izləyən enerji böhranı elektrik enerjisi qiymətlərinin dünya miqyasında rekord həddə çatmasına səbəb olub. Enerji böhranının təsirini azaltmaq istəyən bir çox ölkə elektrik enerjisi ehtiyaclarını ödəmək üçün bərpa olunan enerjiyə müraciət edib və ən çox investisiya günəş enerjisi sektorunda olub.

Günəş enerjisində ölkələr tərəfindən təmin edilən siyasi dəstək mexanizmləri ilə yanaşı, günəş texnologiyaları sahəsindəki inkişaf ilə investisiya xərclərinin azalması gözlənilir. Belə ki, dünya üzrə günəş enerjisindən elektrik enerjisi istehsal edən 20 ölkənin 2022-2026-cı illərdə cəmi 2 min 31 qiqavat (QVt) günəş enerjisi gücünə çatacağı gözlənilir.

2022-2026-cı illərdə günəş enerjisinin qoyuluş gücünə görə ilk 10 ölkə və onların qoyuluş gücü aşağıdakı kimi təxmin edilir:

  1. Çin: 814,1 QVt;

  2. ABŞ: 311,4 QVt;

  3. Hindistan: 176,4 QVt;

  4. Almaniya: 132,8 QVt;

  5. Yaponiya: 112,4 QVt;

  6. Brazilya: 67,2 QVt;

  7. Avstraliya: 62,1 QVt;

  8. İspaniya: 48,2 QVt;

  9. Cənubi Koreya: 47,7 QVt;

  10. Niderland: 36,1 QVt.

  11. Digər 10 ölkə: 224 QVt


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *