Günəş paneli istehsalı 120 milyard dollar investisiya cəlb edə bilər – XÜSUSİ HESABAT

image

Günəş paneli istehsal edən müəssisələr 2030-cu ilə qədər 120 milyard dollar investisiya cəlb edə bilər.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə "Beynəlxalq Enerji Agentliyi"nin "Günəş Fotovoltaik Qlobal Təchizat Zəncirləri" üzrə xüsusi hesabatında bildirilir.

Hesabata görə, ötən il əmtəə qiymətlərinin bahalaşması və təchizat zəncirinin pozulması panellərin 20 % bahalaşmasına səbəb olub.

Bildirilir ki, Çində günəş paneli istehsalı Avropadan 35 %, ABŞ-dan 20 %, Hindistandan isə 10 % daha ucuz başa gəlir.

Sənədə görə, günəş paneli istehsalında Çin 80 %-lik bazar payına sahibdir. Qarşıdakı illərdə bunun 95 %-ə çatacağı proqnozlaşdırılır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *