Günəş panelləri qarlı havada enerji istehsal edə bilir?
"Renewables.az" xarici mətbuatda dərc olunan məlumatlara istinadən xəbər verir ki, günəş panellərinin əksəriyyəti kifayət qədər qalın alüminium çərçivəyə və temperaturun dəyişməsinə davamlı ön şüşəyə malik olduğundan qarlı hava şəraiti onlara təsir göstərmir. Bununla da, qarlı havada belə enerji istehsalı mümkün olur.
Panellərin üzərinə birbaşa günəş şüası düşməsə də, qarda və digər səthlərdə əks olunan şüalar panelin üzərinə düşərək enerjinin istehsal edilməsinə imkan verir.
Günəş panellərinin effektivliyini artırmaq üçün panellərin üzərində örtülən qarı təmizləmək mütləqdir. Panellərin təmizlənməsi üçün xüsusi fırçalardan istifadə edilməlidir.
Rəylər (0):