Gürcüstanda "Bərpaolunan Enerji İnvestisiyası" konfransı keçiriləcək

image

Gürcüstanın paytaxtı Tbilisidə "Bərpaolunan Enerji İnvestisiyası" konfransı keçiriləcək.

"Berpaolunanenerji.az"ın məlumatına görə, konfrans 26-28 oktyabr tarixlərində baş tutacaq.

Konfrans "bərpa olunan enerji mənbələrinə investisiyalar hesabına təmiz enerjiyə keçidin sürətləndirilməsi" mövzusunda keçiriləcək. 

Paris Sazişinin məqsədlərinə nail olmaq üçün qlobal ambisiyalara cavab olaraq təmiz enerjinin inkişafını sürətləndirmək üçün investisiyaları stimullaşdırmaq üçün qərar qəbul edən şəxslər, tənzimləyici orqanlar, investorlar və yaşıl enerji mütəxəssisləri bir araya gələcəklər.

Konfrans Avropa enerji tənzimləyiciləri Şurası (CEER), EU4Energy proqramı, Regional Enerji Tənzimləyiciləri Assosiasiyası (ERRA), Gürcüstanın Energetika və Su Təchizatının Tənzimlənməsi üzrə Milli Komissiyası (GNERC), Enerji İcması və Beynəlxalq Enerji Agentliyi (IEA) ilə birgə təşkil ediləcək.

Üç gün davam edən konfrans iştirakçılara Avropa İttifaqında və bütün dünyada bərpa olunan enerji mənbələri sahəsində siyasət barədə yüksək səviyyədə müzakirələrin aparılmasına, habelə müxtəlif ölkələrdə bərpa olunan enerji mənbələri sahəsində investisiya mühiti haqqında məlumat əldə etməyə imkan verəcək.

Konfransda yüksək səviyyəli məruzəçilər, həmçinin Avropa Komissiyasının, Dünya Bankının və Asiya İnkişaf Bankının nümayəndələri iştirak edəcəklər. Tədbir boyu ingilis dilindən rus dilinə sinxron tərcümə təmin ediləcəkdir.

Ətraflı və qeydiyyat


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *