Solar+Storage NX enerji dünyasında növbəti 25 ilin gedişatını müəyyən etməyə çalışacaq

image

Bu ilin 7-9 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində yerləşən TÜYAP Sərgi və Konqres Mərkəzində "Solar+Storage NX" sərgi və konfransı keçiriləcək.

Renewables.az-a təşkilatçıdan verilən məlumata görə, tədbirdə günəş enerjisi və enerji saxlanc texnologiyaları müzakirə olunacaq.

Dünyada enerji saxlanc sistemlərinin sürətli inkişafı karbon neytrallığı hədəflərinə çatmaqda mühüm rol oynayır. Buna görə də konfransda sənayenin aparıcı mütəxəssisləri ilə enerji saxlama məsələlərindəki son inkişaflar müzakirə olunacaq. Sessiyalarda günəş enerjisi, enerji saxlanc sistemləri, batareya texnologiyaları, rəqəmsal transformasiya, karbonsuzlaşdırma strategiyaları, innovativ maliyyələşdirmə modelləri, üzən günəş enerjisi sistemləri, günəş enerjisinin mövcud vəziyyəti və perspektivləri, günəş enerjisinin kənd təsərrüfatı sektoru ilə inteqrasiyası, enerji sektorunun maliyyələşdirilməsi və gələcəyi və digər mövzuların geniş müzakirə olunacağı gözlənilir.

3 gün davam edəcək tədbiri 10 mindən çox insanın ziyarət edəcəyi bildirilir.

Qeyd edək ki, Renewables.az tədbirin media tərəfdaşıdır. Tədbir haqqında ətraflı məlumat almaq üçün linkə keçid edə bilərsiniz: https://solarstoragenx.com/tr/


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *