Hazırda 5 kiçik su elektrik stansiyasının tikintisi üzrə işlər həyata keçirilir

image

Azad edilmiş ərazilərdə ərazilərdə ümumi gücü 320 MVt-dan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpası üçün araşdırmalar aparılır.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Energetiklər Günü münasibətilə rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.

P.Şahbazovun sözlərinə görə, hazırda ümumi gücü 26,9 MVt olan 5 kiçik su elektrik stansiyasının (“Çıraq-1”, “Çıraq-2”, “Qamışlı”, “Meydan” və “Soyuqbulaq”) tikintisi üzrə işlər həyata keçirilir: "Bununla yanaşı, sülhməramlıların müvəqqəti nəzarətində olan Laçın şəhərinin və kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması nəticəsində ümumi gücü 6,5 MVt olan iki su elektrik stansiyasında da bərpa işləri mümkün olub. Beləliklə, iki ilə yaxın müddətdə 11 kiçik su elektrik stansiyasının bərpası enerji sisteminə 54 meqavata yaxın istehsal gücü qazandırır".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *