Hollandiya şirkəti "Transmark Renewables" Türkiyədəki Çanaqqala şəhərinin Heyvacıq əyalətindəki "Transmark Geotermal Elektrik Stansiyası"nın ilk qurğusunu istifadəyə verib.
"Berpaolunanenerji.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, geotermal elektrik stansiyasının 3,2 MVt gücündəki ilk mərhələsi fəaliyyətə başlayıb.
Qeyd edək ki, geotermal elektrik stansiyasının ümumi gücü 19 MVt-dır.
Türkiyədə geotermal enerjinin qoyuluş gücü isə 1,613 MVt (IRENA, 2021) təşkil edir.
Rəylər (0):