Neft və qaz şirkətləri qlobal enerji keçidini kənardan müşahidə etməyə üstünlük verirlər.
Renewables.az bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “Neft və qaz sənayesi xalis sıfıra keçiddə” hesabatına istinadən xəbər verir.
Agentlik hesab edir ki, neft-qaz şirkətlərinin bütün enerji keçid strategiyalarına onların fəaliyyətindən emissiyaların azaldılması daxil edilməlidir.
IEA-nın hesablamalarına görə, hazırda dünyada neft və qaz hasilatının yarısından az hissəsi bu tullantıların azaldılması ilə bağlı öhdəlik götürən şirkətlərin payına düşür. Qlobal istiləşmə 1,5 dərəcə azaldılsa, qlobal neft və qaz sektoruna hər il qoyulan 800 milyard dollar sərmayə 2030-cu ilə kimi yarıya qədər azala bilər. Bu məqsədə çatmaq üçün neft və qaz sektorunda yeni, uzunmüddətli layihələrə ehtiyac yaranmayacaq və bəzi cari layihələr birdəfəlik saxlanılmalı olacaq.
IEA hesabatına görə, istiləşməni 1,5C-yə qədər məhdudlaşdırmaq və iqlim məqsədlərinə uyğunlaşmaq üçün sənaye 2030-cu ilə qədər emissiyaları 60 faiz azaltmalıdır.
“Neft və qaz şirkətləri qlobal təmiz enerji sərmayəsinin yalnız 1 faizini təşkil edir və bunun 60 faizi yalnız dörd şirkətdən gəlir. Bununla belə, IEA sıfır emissiyaya keçid zamanı sənayenin yox olacağını gözləmir, çünki enerji təchizatının təhlükəsizliyini təmin etmək və emissiyaların azaldılması baxımından daha çətin olan sektorları yanacaqla təmin etmək üçün bəzi investisiyalara ehtiyac olacaq. 2030-cu ilə qədər neft və qaza qlobal tələbatın pik həddə çatacağı gözlənilir. Hökumətlər öz milli enerji və iqlim vədlərini yerinə yetirsələr, 2050-ci ilə qədər tələbatın bugünkü səviyyədən 45 faiz az olacağı gözlənilir”, - deyə IEA hesabatında bildirilir.
Qlobal temperatur artımını 1,5 dərəcədə saxlamaq hədəfi çərçivəsində enerji sektorunun 2050-ci ildə sıfır emissiyaya çatması üçün enerji səmərəliliyi ilə bağlı görülən tədbirlərin həcmi ikiqat artırılmalıdır. Qlobal enerji intensivliyi keçən il 1,3 faiz yaxşılaşsa da bu, hədəfə çatmaq üçün lazım olan səviyyədən aşağıdır.
"Digər elementlər bərpa olunan enerji potensialının üç dəfə artırılması, neft və qaz şirkətlərinin təmiz enerjiyə keçidinin sürətləndirməsi, o cümlədən onların əməliyyatlarından metan emissiyalarının 75 faiz azaldılması, inkişaf etməkdə olan ölkələrdə təmiz enerji investisiyalarının sürətləndirilməsidir", - deyə IEA-nın hesabatında bildirilir.
Rəylər (0):