IEA: İqlim dəyişikliyinin qarşısını almaq üçün təmiz enerji yatırımları 3 qat artmalıdır

image

İqlim dəyişikliyinin qarşısını almaq üçün təmiz enerji yatırımları 10 ildə 3 qat artmalıdır.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) Dünya Enerji İcmalı 2021 (World Energy Outlook 2021) hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, təmiz enerjinin böyüməsinə baxmayaraq, qlobal karbon emissiyasının sıfıra enməsi yavaş sürətlə baş verir.

Külək və günəş enerjisindəki sərmayələrin artmasına baxmayaraq, bu il sürətli bir şəkildə artan kömür emissiyalarının tarixdə ən böyük ikinci artımı gözlənilir.

Hesabatda bildirilir ki, sıfır karbon emissiyasına çatmaq hədəfində külək turbinləri, günəş panelləri 2050-ci ilə qədər 1 trilyon dollar həcmində bazar yarada bilər.

IEA direktoru Fateh Birol hesabatla bağlı açıqlamasında, sərmayələrin 70 faizinin inkişaf etməkdə olan ölkələr tərəfindən qoyulmasını bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *