IEA: Qlobal hidroenerjinin qoyuluş gücündə artım yavaşlayacaq

image

Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal hidroenerjinin qoyuluş gücü artımının yavaşlayacağını qeyd edib.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Agentliyin rəsmi hesabatında bildirilir.

Hesabatda bildirilir ki, 2030-cu ilə qədər hidroenerji artımı, son on ilə görə təxminən 17 % olaraq təxmin edilir.

IEA-nın hesabatına görə, ölkələrin sıfır karbon hədəflərinə çatmaq üçün əsas mənbə rolunu oynayan hidroenerji istehsalında son on ildə azalma müşahidə edilir. Hiroelektrik istehsalını artırmaq və azalmanın qarşısını almaq üçün isə bu sektora sərmayə yatırılmasının vacibliyi bildirilir.

Beynəlxalq Enerji Agentliyinin "Hidroenerji Xüsusi Bazar Hesabatı"na görə 2021-2030-cu illərdə qlobal hidroenerji gücünün 17 % artaraq 1557 QVt-a çatması gözlənilir.

Bu artımda Çin, Hindistan, Türkiyə və Efiopiya öndə gələn ölkələr olacaq.

Bu dövrdə hidroenerjiyə qoyulan sərmayələrin 540 milyard dollar olacağı, bunun 127 milyard dolları köhnə SES-lərin yenilənməsi üçün xərclənəcəyi qeyd edilir.

Hesabata görə, qlobal elektrik istehsalının 1/6-i hidroenerji stansiyalarından təmin edilir. Bu da, 800 milyon insanın elektrik enerjisinə olan tələbatının qarşılanması deməkdir.

Beynəlxalq Enerji Agentliyinin direktoru Fateh Birol açıqlamasında hidroenerjinin təmiz enerjinin yaddan çıxan nəhəngi olduğunu bildirib. IEA direktoru həmçinin qeyd edib: "Əgər ölkələr sıfır emissiya mövzusunda ciddilərsə, hidroenerji layihələrinin yenidən gündəmə gəlməsi lazımdır".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *