Təmiz enerji texnologiyalarında yeni dövrdə milyonlarla yeni iş imkanları yaradılacaq.
"Renewables.az" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "Energi Texnologiyaları Perspektivləri" 2023 hesabatında bildirilir.
Dünya təmiz enerji texnologiyalarında yeni sənaye dövrünə qədəm qoyur. Təmiz enerji texnologiyalarının istehsalında mövcud 6 milyonluq məşğulluğun 2030-cu ildə 14 milyona yüksələcəyi təxmin edilir. Transformasiya sürətləndikcə bu sahədə məşğulluq sayının artması gözlənilir.
Əgər ölkələr öz iqlim və enerji öhdəliklərini tam yerinə yetirsələr, 2030-cu ilə qədər təmiz enerji texnologiyalarının kütləvi istehsalı üzrə qlobal bazar həcminin 650 milyard dollara çatacağı təxmin edilir. Bu rəqəm təmiz enerji texnologiyalarının istehsalı üzrə hazırkı qlobal bazar həcmindən üç dəfə çoxdur.
IEA prezidenti Fatih Birol hesabatı dəyərləndirərkən bildirib ki, son iki ildə yeni qlobal enerji iqtisadiyyatı yaranıb.
Rəylər (0):