İndoneziyada regionun ən böyük üzən günəş elektrik stansiyası istifadəyə verilib

image

BƏƏ-nin təmiz enerji mərkəzi və dünyanın aparıcı təmiz enerji şirkətlərindən biri olan Masdar və İndoneziyanın PLN Group şirkətinin birlikdə icra etdiyi 145 MVt (192 MVt-pik) gücündəki Cirata üzən günəş elektrik stansiyasının açılışı olub.

Renewables.az Masdar-a istinadən xəbər verir ki, stansiya 50 min evi elektriklə təmin edəcək və 214 min ton karbon qazı emissiyasının qarşısını alacaq.

Stansiyanın açılışında İndoneziya Respublikasının Prezidenti Coko Vidodo, enerji və təbii sərvətlər naziri Arifin Tasrif, BƏƏ-nin xarici ticarət üzrə dövlət naziri Tani Əl-Zeyidi, Masdar-ın baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi və digər rəsmi şəxslər iştirak ediblər.

Qərbi Yava əyalətindəki Cirata su anbarının 250 hektarlıq sahəsi üzərində tikilən stansiya Masdar-ın ilk və Cənub-Şərqi Asiyada ən böyük üzən günəş elektrik stansiyasıdır.

2006-cı ildə əsası qoyulmuş Masdar şirkəti ümumi elektrik enerjisi istehsal gücü 20 QVt-dan çox olan 40-dan çox ölkədə fəaliyyət göstərir. Şirkət 2030-cu ilə qədər 100 QVt və 1 milyon ton yaşıl hidrogenə çatmaq üçün iddialı artım planları ilə ümumi dəyəri 30 milyard ABŞ dollarından çox olan dünya miqyasında layihələrə sərmayə qoyub və ya investisiya etməyi öhdəsinə götürüb.

Şirkətin Azərbaycandakı yaşıl enerji portfeli 10 QVt-lıq layihələri əhatə edir. Masdar Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərir və oktyabrda istifadəyə verilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisini həyata keçirib


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *