İordaniyada 200 MVt gücündə günəş elekrik stansiyasının açılışı olub

image

İordaniyanın ən böyük yaşıl enerji layihəsi olan 200 MVt gücündə "Baynouna" Günəş Parkının açılışı olub.

"Renewables.az" xəbər verir ki, bu barədə "Masdar" məlumat yayıb.

Günəş parkı BƏƏ-nin dünya üzrə aparıcı bərpa olunan enerji şirkəti "Masdar" və Finlandiyanın "Taaleri" şirkətinin birgə müəssisəsi olan "Baynouna Günəş Enerjisi Şirkəti" (BSCE) tərəfindən inşa edilib.

Açılış mərasimində İordaniyanın Baş naziri Bişer Əl-Xasavneh, BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar naziri, COP28-in Təyinatlı Prezidenti və "Masdar"ın sədri Dr. Sultan Əhməd Əl Cabir, İordaniyanın enerji və mineral ehtiyatlar naziri Saleh Əl-Xarabşeh və BƏƏ-nin İordaniyadakı səfiri Şeyx Xəlifə Bin Məhəmməd Bin Xalid Əl-Nəhyan, İordaniya hökumətinin və "Masdar"ın digər yüksək vəzifəli şəxsləri iştirak ediblər.

"Baynouna" Günəş Parkı ildə 560 milyon kilovat-saatdan çox enerji istehsal edəcək ki, bu da 160 min  evi elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir. Stansiya ildə 360 min ton karbon qazının qarşısını alacaq.

Qeyd edək ki, İordaniya 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 50 faizə çatdırmağı hədəfləyir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *