İraq 2025-ci ildə 2,75 qeqavatt günəş enerjisi gücü istismara verəcək

image

İraq 2025-ci ildə 2,75 qeqavatt gücündə üç böyük günəş enerjisi layihəsini istismara verəcək.

Bu barədə "Berpaolunanenerji.az" "Renewables Now" portalına istinadən xəbər verir.

Qeyd edək ki, İraq BƏƏ-nin "Masdar" şirkəti ilə 2 qeqavatt, Fransanın "TotalEnergies SE" şirkəti ilə 1 qeqavatt, Çinin "Power China" şirkəti ilə 2 qeqavatt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı müqavilə imzalayıb.

Bu anlaşmalar çərçivəsində 2025-ci ilə qədər 2,75 qeqavatt gücün 1 qeqavattını "Masdar", 1 qeqavattını "TotalEnergies SE", 750 meqavattını isə "Power China" şirkətləri reallaşdıracaq.

İraq 2030-cu ilə qədər 10 qeqavatt günəş enerjisi gücü quraşdırmağı planlaşdırır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *