İşğaldan azad edilən ərazilərdə 37 kiçik su elektrik stansiyası inşa ediləcək

image

İşğaldan azad edilən ərazilərdə 37 Kiçik Su Elektrik Stansiyası (KSES) inşa ediləcək.

"Renewables.az"ın məlumatına görə, bunu Energetika Nazirliyinin Elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun 62-ci iclasında deyib.

Bu SES-in ümumi gücü 240 meqavat olacaq ki, bu da kənd və qəsəbələri elektrik enerjisi ilə təmin edəcək. 7 elektrik stansiyasının sınaqdan keçirilməsi üzrə işlər aparılır və onlar yaxın gələcəkdə istismara veriləcək. Artıq Cəbrayıl rayonunda 69/110 kilovat gücə malik yarımstansiya istismara verilib. Eyni zamanda, 110 kilovat gücə malik üç yarımstansiyanın və 330 kilovat gücə malik bir yarımstansiyanın tikintisi üzrə işlər davam edir və cari ilin sonunadək yarımstansiyaların tikintisi üzrə işlərin başa çatdırılması planlaşdırılıb.

Ə.Həsənov deyib ki, Zəngilan rayonunda Oxçuçay çayında hər biri 10,5 meqavat gücə malik dörd, Laçın rayonunda isə 3 SES-in yenidən qurulması işləri aparılır. Ümumilikdə regionda 19 SES-in təmir edilməsi planlaşdırılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *