2016-ci ilin 10 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “İsmayıllı-2” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışı olub.
Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, hər birinin gücü 527 kilovat olan üç hidroaqreqatdan ibarət stansiyanın ümumi gücü 1581 kilovatdır.
Stansiyada istismar verildiyi tarixdən bu günədək ümumilikdə 27 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Rəylər (0):