"Kartli" KES ötən il 87,49 milyon kilovat-saat elektrik enerjisi istehsal edib

image

Gürcüstanın "Kartli" Külək Elektrik Stansiyası 2022-ci ildə 87,49 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.

"Renewables.az" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin elektrik enerjisi sisteminin kommersiya operatorunun (ESCO) məlumatında deyilir.

Məlumata görə, su elektrik stansiyalarından 10,8 milyard kilovat-saat enerji istehsal edilib. 2022-ci ildə Gürcüstanda 14,8 milyard kilovat-saat elektrik enerjisi istehlak edilib ki, bu da 2021-ci illə müqayisədə 3,8 % çoxdur.

ESCO-nun məlumata əsasən, 2022-ci ildə Gürcüstan Azərbaycandan 129,5 milyon kilovat-saat elektrik enerjisi idxal edib. Qonşu ölkələrdən enerji asılılığını azaltmaq üçün hakimiyyət yerli səviyyədə bərpa olunan enerji resurslarından maksimum istifadə etməyə çalışır.

Qeyd edək ki, dəyəri 34 mln. ABŞ dolları olan və 20,7 MVt gücə malik "Kartli" Külək Elektrik Stansiyası 2016-cı ilin dekabrında Qori şəhərinə (Şida Kartli regionu) quraşdırılıb. Sərmayənin ümumi dəyərinin 24 mln. dolları Avropa Yenidənqurma və İnkişaf Bankı, 10 mln. dolları isə Gürcüstan Enerji İnkişafı Fondu və Neft və Qaz Korporasiyası tərəfindən ayrılıb. 

Gürcüstanın ilk külək elektrik stansiyası olan “Kartli” 2019-cu ildə ictimai hərracda 14,4 mln. ABŞ dollarına satılıb. Satınalmanı “JSC Georgian Capital” sərmayə qrupuna məxsus olan “Georgian Wind Company” həyata keçirib. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *