"Konya Enerji Sammiti və Sərgisi"nin tarixi dəyişib

image

Türkiyədə baş verən zəlzələ ilə əlaqədar "Konya Enerji Sammiti və Sərgisi"nin keçiriləcəyi tarix dəyişib.

"Renewables.az"a təşkilatçı tərəfindən verilən məlumata görə, tədbir 27-29 aprel tarixlərində keçiriləcək.

“Konyanın enerjisi Türkiyəni işıqlandırır” devizi ilə keçirilən tədbir 100 iştirakçı şirkət 20 000 ziyarətçini, enerji sektorunun milli və beynəlxalq qabaqcıl şirkətlərini, enerji sahəsində çalışan elm adamlarını, yüksək səviyyəli dövlət rəsmilərini, özəl sektor nümayəndələrini və qeyri-hökumət təşkilatlarını bir araya gətirəcək.

Qeyd edək ki, "Renewables.az" tədbirin ölkə üzrə media sponsorudur.

İştirak etmək istəyən şirkətlər və ziyarətçilər link vasitəsilə müraciət edə bilər: www.konyaenerjifuari.com


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *