Külək turbinləri və günəş panellərinin quraşdırılması üzrə mütəxəssis kursları keçiriləcək

image

Dövlət Məşğulluq Agentliyi tərəfindən fotovoltaik kursunun qeydiyyatına başlanılır.

Bu barədə "Berpaolunanenerji.az" Agentliyə istinadən xəbər verir.

Bakı Peşə Hazırlığı Mərkəzinin nəzdində keçiriləcək kurs müddətində iştirakçılara günəş texnologiyasının problemsiz istifadəsi üçün fotovoltaik sistemlərin planlaşdırılması və qurulmasına dair müasir biliklər aşılanacaq. Bu biliklər həm sistemin qurulmasını öyrədəcək, həm də planlama mərhələsində qabaqlayıcı tədbirlər görməyə və səhvlərdən qaçınmağa imkan verəcək.

Qeydiyyat müddəti: 14.03.2022 – 15.04.2022

Kursu müvəffəqiyyətlə bitirib imtahanı keçən şəxslərə Dövlət Məşğulluq Agentliyi və HVAC firması tərəfindən sertifikat təqdim olunacaq.


 

Rəylər (2):

  1. Salam.Günəş panelləri kursuyla maraqlanıram.Yenə olacaqmı?Zəhmət olmasa məlumat verərdiniz.

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *