Laçın-Kəlbəcər rayonlarında 400 meqavatlıq KES inşa olunacaq

image

Laçın-Kəlbəcər rayonlarında 400 MVt gücündə Külək Elektrik Stansiyası (KES) inşa olunacaq.

"Berpaolunanenerji.az"ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Energetika Nazirliyi "Azərenerji" ASC ilə birlikdə Laçın-Kəlbəcər rayonlarında 400 MVt gücündə Külək Elektrik Stansiyasının tikintisi üzrə 2022-2026-cı illərdə layihəyə hazırlıq işlərinin görülməsi, müqavilələrin imzalanması və stansiyanın tikintisini təmin etməlidir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *