Laçın rayonunda 80 milyon kilovat-saatdan çox "yaşıl enerji" istehsal olunub

image

Laçın rayonunda 80 milyon kilovat-saatdan çox "yaşıl enerji" istehsal olunub.

Renewables.az-ın məlumatına görə, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O bildirib ki, "yaşıl enerji" strategiyasına uyğun olaraq Laçın rayonunda 11 yerdə su elektrik stansiyaları yaradılıb və yaradılır: "Bunun nəticəsində 20 milyon kubmetrdən çox təbii qaza qənaət edilib və 32 min ton karbon qazının atmosferə atılmasınınn qarşısı alınıb. COP29 planına uyğun olaraq, bərpa-tikinti prosesində ətraf mühitin mühafizəsi məsələsinə diqqət yetirilir, alternativ enerji mənbələrinin istifadəsinə böyük önəm verilir. Bu, evlərin damlarının üzərində quraşdırılmış günəş panellərində, şəhərdaxili işıqlandırmanı təmin edən hibrid-günəş lampaların istifadəsində öz əksini tapır".

Xidmət rəsmisi qeyd edib ki, ümumilikdə Laçın şəhərində 24 fərdi evdə enerji təchizatının sabitliyini təmin etmək üçün günəş panelləri quraşdırılıb: "9 fərdi ev isə günəş kollektoruna qoşulub. Zabux və Sus kəndlərində bütün yaşayış evləri, iki məktəb və inzibati binalar günəş panelləri ilə təchiz olunub".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *