Dünyanın aparıcı təmiz enerji şirkətlərindən biri olan "Masdar" (Abu Dhabi Future Energy Company) Şərqi Afrika ölkəsi Efiopiyada 500 MVt-a qədər günəş enerjisi layihələrinin inkişafı məqsədilə Efiopiya ilə Yol Xəritəsi imzalayıb.
Renewables.az şirkətin yaydığı məlumata əsasən xəbər verir ki, Yol Xəritəsini BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar Naziri, COP28UAE-nin Prezident təyini və Masdar-ın sədri Sultan Al Jaber və Efiopiyanın maliyyə naziri Əhməd Şide imzalayıblar.
Mərasimdə BƏƏ-nin prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nəhyan, Efiopiyanın Baş naziri Abiy Əhməd və digər dövlət və hökumət rəsmiləri də iştirak ediblər. Sənəd Afrikanın bərpa olunan enerji sahəsinin inkişafına sərmayə qoymaq üçün dövlət və özəl sektor vəsaitlərini cəlb etmək məqsədi daşıyan "Etihad 7" təşəbbüsü çərçivəsində imzalanıb.
2006-cı ildə qurulan Masdar BƏƏ-nin təmiz enerji mərkəzidir. O, 40-dan çox ölkədə fəaliyyət göstərir və ümumi gücü 20 QVt-dan çox olan bərpa olunan enerji layihələri portfelinə sərmayə qoyub. Masdar 2030-cu ilə qədər ən azı 100 QVt ümumi bərpa olunan enerji gücünə nail olmaq öhdəliyi götürüb.
Şirkət Azərbaycanda 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasını icra edir, həmçinin quruda külək və günəş layihələri, dənizdə külək və yaşıl hidrogenin inteqrasiyası layihələri üzrə ümumi gücü 4 QVt olan müqavilələr imzalanıb.
Rəylər (0):