"Masdar" İndoneziyada geotermal enerjiyə investisiya yatıracaq

image

Birləşmiş Ərəb Əmirliklərinin təmiz enerji şirkəti "Masdar" geotermal enerji sektoruna daxil olaraq bu sektora investisiya yatıracaq.

"Renewables.az" "Masdar"ın yaydığı məlumata istinadən xəbəb verir ki, şirkət dünyanın ən böyük geotermal "oyunçu"larından biri olan "Pertamina Geothermal Energy"ə (PGE) strateji sərmayə qoyacaq.

BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar Naziri, COP28-in Təyinatlı Prezidenti və "Masdar"ın sədri Dr. Sultan Əhməd Əl Cabir bildirib ki, Paris razılaşmalarında müəyyən edilmiş 1.5 °C hədəfinə nail olmaq bəşəriyyətdən aşağı karbonlu enerjinin bütün mənbələrindən, o cümlədən geotermal enerjidən istifadə etməyi tələb edəcək: "PGE-yə sərmayə qoyaraq, "Masdar" İndoneziyanın enerji keçidinə davamlı sadiqliyini və emissiyaları azaltmaqla yanaşı praktiki enerji təhlükəsizliyi həllərini təmin etmək olan qarşıdan gələn COP28-in əsas diqqət mərkəzində olan sahələrindən birini dəstəklədiyini nümayiş etdirir".

PGE-nin baş icraçı direktoru Əhməd Yuniarto qeyd edib: “Biz "Masdar" ilə qlobal miqyasda ən böyük geotermal potensiala malik dünya səviyyəli yaşıl enerji şirkəti olmaq imkanlarımızı tamamlayan və daha da inkişaf etdirən sahələrdə işləməyi səbirsizliklə gözləyirik. İndoneziyanın bərpa olunan enerji sahəsini dəstəkləmək üçün növbəti beş il ərzində 600 meqavat quraşdırılmış əlavə gücü inkişaf etdirməyə çalışacağıq”.

"Masdar"ın baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahi "Masdar"ın PGE-yə strateji sərmayəsi dünyanın ikinci ən böyük geotermal bazarı olan İndoneziyada təmiz enerji portfelinə geotermal enerjini əlavə etməkdən çox məmnun olduqlarını bildirib.

Qeyd edək ki, İndoneziyanın geotermal gücünü 2022-ci ildəki 2,8 QVt-dan 2030-cu ilə qədər 6,2 QVt-a qədər artırmaq məqsədi var. Hökumət 2060-cı ilə qədər xalis sıfır emissiyaları hədəfləyir. PGE son 40 il ərzində İndoneziyada portfel gücü 1,87 QVt-dan çox olan geotermal obyektləri istismar edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *