Masdar Misirdə 10 QVt gücündə külək enerjisi layihəsini həyata keçirəcək

image

Dünyanın aparıcı təmiz enerji şirkətlərindən biri olan "Masdar" – Abu Dhabi Future Energy Company, Afrikanın ən böyük bərpa olunan enerji istehsalçısı olan "Infinity Power" və davamlı infrastruktura yönəlmiş investisiya platforması olan "Hassan Allam Utilities" ilə birlikdə Misirin Yeni və Bərpa Olunan Enerji şirkəti ilə müqavilə imzalayıb.

Renewables.az "Masdar"ın yaydığı məlumata istinadla xəbər verir ki, müqaviləyə əsasən, Misirdə layihə dəyəri 10 milyard ABŞ dollarından çox olan, 10 QVt gücündə dünyanın ən böyük stansiyalarından olacaq quruda külək elektrik stansiyaları qurulacaq.

Stansiyada ildə 47,790 milyon kilovat-saat təmiz enerji istehsal edəcək və ildə 23,8 milyon ton karbon qazının qarşısı alınmaqla Misirin illik karbon emissiyaları təxminən 9 faizini azaldacaq. Külək stansiyası həmçinin Misirə 2030-cu ilə qədər enerjisinin 42 faizini bərpa olunan enerji mənbələrindən əldə etmək kimi strateji məqsədə çatmasına kömək edəcək. 10 QVt gücündə olacaq stansiya Şimali Afrika ölkəsini ildə təxminən 5 milyard ABŞ dolları dəyərində təbii qaz xərclərinə qənaət edəcək.

2006-cı ildə qurulan Masdar BƏƏ-nin təmiz enerji mərkəzidir. O, 40-dan çox ölkədə fəaliyyət göstərir və ümumi gücü 20 QVt-dan çox olan bərpa olunan enerji layihələri portfelinə sərmayə qoyub. Masdar 2030-cu ilə qədər ən azı 100 QVt ümumi bərpa olunan enerji gücünə nail olmaq öhdəliyi götürüb. Qeyd edək ki, Masdar Qazaxıstanda 1 qiqavata qədər külək elektrik stansiyasının inkişafı ilə bağlı Yol Xəritəsi imzalayıb

Şirkət Azərbaycanda 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasını icra edir, həmçinin quruda külək və günəş layihələri, dənizdə külək və yaşıl hidrogenin inteqrasiyası layihələri üzrə ümumi gücü 4 QVt olan müqavilələr imzalanıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *