Masdar Qazaxıstanda 1 qiqavata qədər külək elektrik stansiyasının inkişafı ilə bağlı Yol Xəritəsi imzalayıb

image

Dünyanın aparıcı təmiz enerji şirkətlərindən biri olan Masdar ("Abu Dhabi Future Energy Company"), Qazaxıstanda 1 qiqavata qədər külək elektrik stansiyasının inkişafı ilə bağlı Yol Xəritəsi imzalayıb.

Renewables.az şirkətin yaydığı məlumata istinadla xəbər verir ki, sənəd Astana Beynəlxalq Forumu çərçivəsində imzalanıb.

Yol Xəritəsi enerji saxlanc sistemi ilə 1 QVt-a qədər külək enerjisi layihəsinin inkişafı ilə bağlı dörd  tərəfdaş tərəfindən imzalanıb. Sənəd Masdar, Qazaxıstan Respublikasının Energetika Nazirliyi, Qazaxıstan İnvestisiya İnkişafı Fondu (KIDF) İdarəetmə Şirkəti Ltd. və "Samruk-Kazyna" milli sərvət fondu tərəfindən imzalanıb. Mərasimdə mərasimində BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei də iştirak edib.

Masdarın Qazaxıstandakı ilk layihəsi 2023-cü ilin yanvarında Əbu-Dabi Davamlılıq Həftəsi zamanı əldə edilmiş razılaşma əsasında imzalanıb. Daha əvvəl Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti 1 QVt gücündə külək elektrik stansiyası (KES) və enerji saxlanc sistemi layihələrinin inkişafı ilə bağlı müqavilə imzalanıb. Qeyd edək ki, Qazaxıstan 2060-cı ilə qədər sıfır karbon ölkəsi olmağı hədəfləyir və 2050-ci ilə qədər bərpa olunan enerji istehsalı 50 %-ə çatdırmağı hədəfləyir.

2006-cı ildə qurulan Masdar BƏƏ-nin təmiz enerji mərkəzidir. O, 40-dan çox ölkədə fəaliyyət göstərir və ümumi gücü 20 QVt-dan çox olan bərpa olunan enerji layihələri portfelinə sərmayə qoyub. Masdar 2030-cu ilə qədər ən azı 100 QVt ümumi bərpa olunan enerji gücünə nail olmaq öhdəliyi götürüb.

Şirkət Azərbaycanda 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasını icra edir, həmçinin quruda külək və günəş layihələri, dənizdə külək və yaşıl hidrogenin inteqrasiyası layihələri üzrə ümumi gücü 4 QVt olan müqavilələr imzalanıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *