Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 57,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Renewables.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 mln. kVt-saat və ya 5,9 faiz çoxdur.
Qeyd edək ki, hesabat dövründə Respublika üzrə günəş enerjisi istehsalının 83 faizi Muxtar Respublikanın günəş elektrik stansiyalarından olub. Bu göstəricinin azalması (adətən 91-92 % olur - red.) "Qaradağ" Günəş Elektrik Stansiyasının istehsalı ilə bağlıdır.
Rəylər (0):