Naxçıvanda SES-lərdən əldə olunan enerji iki dəfəyədək artacaq - RƏSMİ AÇIQLAMA

image

Yaxın gələcəkdə gücü 36 meqavat olan Ordubad Su Elektrik Stansiyası (SES) və gücü 15,6 meqavat olan Tivi SES tikildikdən sonra su elektrik stansiyaları üzrə ümumi generasiya gücü 120 meqavatta çatdırılacaq.

Renewables.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı deyib.

"Hazırda Naxçıvanda su elektrik stansiyalarının ümumi generasiya gücü 68.4 meqavat təşkil edir", - o əlavə edib.

Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasında 5 su, 3 günəş, 1 külək və 1 külək-günəş hibrid elektrik stansiyası fəaliyyət göstərir. Bu stansiyalarda istehsal olunan elektrik enerjisinin hesabına Naxçıvan Muxtar Respublikasında “yaşıl” enerjinin payı da aylar üzrə artır.

Təkcə 2024-cü ilin sentyabr ayında istehsal olunan ümumi elektrik enerjisinin 35 faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşüb. Ötən ilin 9 ayı ilə müqayisədə isə alternativ və bərpaolunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 20 faizə yaxın artıb.

Belə ki, 2023-cü ilin doqquz ayında “yaşıl” enerjinin istehsal payı 35,1 faiz olduğu halda, 2024-cü ilin müvafiq dövründə bu rəqəm 53 faizə yüksəlib. Hazırda ümumi elektrik enerjisinin 55 faizi “yaşıl” enerjinin hesabına təmin olunur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *