Ümumi gücü 15,6 MVt olacaq Tivi Su Elektrik Stansiyası (SES) Biləv və Ordubad SES-lə yanaşı Naxçıvanda üçüncü derivasiya tipli SES olacaq.
"Berpaolunanenerji.az" "Nuhçıxan" agentliyinə istinadən xəbər verir ki, burada illik 47 milyon kVt-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulur ki, bu da MR-da tələbatın 10 faizinə bərabərdir.
Stansiyada hər birinin gücü 7,8 MVt olan turbin və hər birinin gücü 10 MVA (meqavolt-amper) olan iki generator qoyulacaq.
Rəylər (0):