Norveçin bərpaolunan enerji şirkəti “Statkraft” Şotlandiyadakı üzən Külək Elektrik Stansiyasından istehsal olunan elektrik enerjisini satın alacaq.
“Berpaolunanenerji.az” xəbər verir ki, şirkət “Kincardine Offshore Wind” ilə satınalma anlaşması imzalayıb.
Anlaşmaya görə, “Statkraft” 48 MVt gücündəki “Kincardine” üzən KES-dən 2029-cu ilə qədər illik 218 milyard KVt-saat elektrik enerjisi satın alacaq.
“Vestas” turbinlərindən ibarət üzən KES, 55 min evin elektrik enerjisini qarşılaya biləcək.
Rəylər (0):