OPEC: 2020-2045-ci illərdə bəzi növ bərpaolunan enerji mənbələrinə tələb 5,4 dəfə artacaq

image

Uzaq perspektivdə dünyada bərpaolunan enerji mənbələrinin istifadəsi artsa da, ən geniş istehlak olunan yanacaq olaraq yenə də neft olacaq.

“Berpaolunanenerji.az” xəbər verir ki, belə bir qənaət OPEC-in bu gün dərc olunmuş “Dünya neft icmalı” (World Oil Outlook - WOO) adlı proqnoz hesabatında yer alır.

Hesabata görə, dünyada enerji daşıyıcılarının istehlakında neftin payı 2020-ci ildəki 30 faizdən 2025-ci ilədək 31 faizədək artacaq. Daha sonra isə alternativ enerji mənbələrinin geniş tətbiqi nəticəsində 28 faizədək azalacaq.

Qeyd olunur ki, bu cür sürətli artım bərpaolunan enerji mənbələrinin dəyərinin azalması və ölkələrin istixana qazı tullantılarını azaltmaq siyasəti ilə əlaqədardır.

Bərpaolunan enerji mənbələrinin enerji istehlakındakı payı 2020-ci ildəki 2,5 faizə qarşı 2045-ci ildə 10 faizdən çox olacaq. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *