Ordubad SES-də illik 190 milyon kVt-saat elektrik enerjisi istehsal ediləcək

image

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dəstək kəndi yaxınlığında, Araz çayı üzərində su elektrik stansiyasının inşası davam etdirilir.

Bu barədə "Berpaolunanenerji.az" "Nuhçıxan" agentliyinə istinadən xəbər verir.

Ölkə başçısının Naxçıvana 2017-ci ildə səfəri zamanı təməli qoyulan və bu il mayın 10-da MR-a növbəti səfərində baxış keçirilən Ordubad SES, Naxçıvanın enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək və ixrac imkanlarını artıracaqdır.

Araz çayı üzərində tikilən, 36 MVt gücündə olan Ordubad SES MR-da enerji təhlükəsizliyinin təmin olunması istiqamətində göülən işlərin davamı kimi mühüm rola malikdir.

Qeyd edək ki, stansiyada orta illik elektrik enerjisi istehsalı 190 milyon kVt-saat nəzərdə tutulur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *