Prezident: "Azad olunmuş ərazilərdə hidroenerjinin həcmi 2024-cü ilin sonuna qədər 270 meqavat olacaq"

image

"Digər bir element infrastrukturdur. Məsələn, dünən mən burada - Zəngilanda 10 meqavat gücündə yeni Su Elektrik Stansiyasının açılışını etdim. Ancaq növbəti altı ay ərzində onun imkanları 40 meqavata çatdırılacaq".

Renewables.az Prezidentin Mətbuat xidmətinə istinadən xəbər veri ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

"Azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir. Yəni, azad olunmuş bütün ərazilərimiz yenidən bizim mərkəzi şəbəkəmizə qoşulur və tam inteqrasiya edilib. Bizim azad olunmuş ərazilərdə hidroelektrik enerjinin həcmi bu ilin sonunadək 170 meqavat, 2024-cü ilin sonuna qədər 270 meqavat olacaq. Bu da təbii ki, bizim yaşıl enerji gündəliyimizə böyük töhfə olacaq", - Prezident deyib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *