Qarabağ və Şərqi Zəngəzurda olacaq KSES-lərin ümumi gücü və sayı açıqlanıb

image

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumi gücü 467 MVt olan 72 kiçik su elektrik stansiyası olacaq.

Renewables.az-ın məlumatına görə, bu barədə Laçında Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirilən yaşıl hidroenerji layihələri və perspektiv hədəflər haqqında məlumat verilərkən bildirilib.

Dövlət başçısı tərəfindən irəli sürülən Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış və 2030-cu ilə qədər ölkəmizin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetdən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi təsbit edilməsi, həmçinin Azərbaycan Prezidentinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının hidroenerji potensialının yenidən tədqiqi barədə "AzərEnerji" ASC-yə verdiyi tapşırığın icrası məqsədilə işğal dövründə dağıdılmış su elektrik stansiyalarından əlavə, ekoloji normalar daxilində yeni su elektrik stansiyalarının tikintisi barədə hesabat hazırlanaraq təqdim edilib. Hesabata əsasən bölgədə ümumi gücü 467 MVt olan 72 kiçik su elektrik stansiyası olacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *