Qarabağda və Şərqi Zəngəzurda KSES-lərin yenidən qurulmasına 40 milyon manatdan çox vəsait ayrılacaq

image

“AzərEnerji” ASC Qarabağda və Şərqi Zəngəzurda üç Kiçik Su Elektrik Stansiyasının (KSES) yenidən qurulmasına və altı KSES-in inteqrasiyasına 40,5 milyon manatdan çox vəsait sərf edəcək.

Renewables.az bu barədə Dövlət satınalmaları dövlət portalına istinadən xəbər verir.

Məlumata görə, “AzərEnerji” podratçı şirkətlə - “Azconstruction” QSC ilə “Qozlu Körpü”, “Şeylanlı”, “Aşağı Malıbəyli” kiçik su elektrik stansiyalarının yenidən qurulması və altı kiçik su elektrik stansiyasının enerji sisteminə inteqrasiyası üçün müqavilə bağlayıb. Bu şirkət müvafiq tenderin nəticələrinə əsasən podratçı kimi seçilib.

Müqavilənin dəyəri 40 milyon 507 min 432,49 manatdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *