Qarabağdakı Kiçik Su Elektrik Stansiyaların (KSES) bərpasına özəl investisiya cəlb ediləcək.
"Berpaolunanenerji.az"ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, "Azərenerji" ASC və "Azərişıq" ASC ilə birlikdə 2022-2026-cı illərdə hidroenerji potensialından istifadə istiqamətində KSES-lərin bərpasına özəl investisiyanın cəlb edilməsi üzrə KSES-lərin müəyyən edilməsi, KSES-lərin bərpasını həmçinin "Azərenerji" ASC və Energetika Nazirliyi 2022-2023-cü illərdə KSES-lərin bərpasını təmin etməlidir.
Rəylər (0):